Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Təmirin Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür
Energetika
9 Yanvar , 2017 15:40
Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı.9 yanvar. REPORT.AZ/ Yanvarın 10-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, aparılan işlərin Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi