Yuxarı

Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Qaradağ rayonunun iki qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 22 fevral. REPORT.AZ/ Fevralın 23-də saat 09:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Semzavod” və “Səngəçal” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil və Səngəçal qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi