Abşeron, Ağdaş və Astara magistral qaz kəmərlərində təmir aparılacaq

Abşeron, Ağdaş və Astara magistral qaz kəmərlərində təmir aparılacaq Təmir müddətində Astara və Goranboyun qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
15 Mart , 2016 17:28
Abşeron, Ağdaş və Astara magistral qaz kəmərlərində təmir aparılacaq

Bakı. 15 mart. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, Ağdaş magistral qaz kəmərləri sahəsinin "Goranboy" və Astara magistral qaz kəmərləri sahəsinin "Astara" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Astara şəhərinin və Goranboy rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi