ABŞ səfiri: "Azərbaycan dünyada və regionda əhəmiyyətini daha da artırır"

ABŞ səfiri: "Azərbaycan dünyada və regionda əhəmiyyətini daha da artırır" "Azərbaycan günəş və külək enerjisi baxımdan böyük potensiala malikdir".
Energetika
189
10 Sentyabr , 2021 12:16
ABŞ səfiri: Azərbaycan dünyada və regionda əhəmiyyətini daha da artırır
Örl Litzenberqer

"Azərbaycan günəş və külək enerjisi baxımdan böyük potensiala malikdir".

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ADA Universitetində "Regional enerji təhlükəsizliyi" mövzusunda keçirilən simpoziumda bildirib.

O deyib ki, günəş və külək enerjisi sahəsindəki yeni layihələr Azərbaycanın enerji ehtiyatlarını şaxələndirmək, iqlim dəyişikliyi ilə bağlı tədbirlərdə yaxından iştirak etmək əzmində olduğunu isbatlayır: "Enerji potensialı artdıqca Azərbaycan regionda, beynəlxalq məkanda enerji təhlükəsizliyi baxımından mühüm oyunçu kimi əhəmiyyətini daha da artıra bilər".

Diplomat xatırladıb ki, koronavirus pandemiyası enerji bazarında misilsiz fəsadlar törədərək dünya üzrə neft və qaza tələbatın azalmasına gətirib çıxarıb: “Pandemiya enerji bazarlarının şaxələndirilməsinin vacibliyini ortaya qoyaraq bərpa olunan enerji ilə bağlı texnologiyaların tətbiqini sürətləndirdi”.

Son xəbərlər

Orphus sistemi