ABŞ nefti bahalaşıb

ABŞ nefti bahalaşıb "Brent" markalı neftin qiymətində isə mənfi dəyişiklik müşahidə olunub
Energetika
29 İyul , 2015 09:16
ABŞ nefti bahalaşıb

Bakı. 29 iyul. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,59 dollar və ya 1,25% bahalaşaraq 47,98 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində isə mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,32% yaxud 0,17 dollar geriləyərək 53,30 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı gözlənilir.

İngilis versiyası US crude price up in markets

Son xəbərlər

Orphus sistemi