Bakı. 9 mart. REPORT.AZ/ ABŞ Daxili İşlər Nazirliyi Meksika körfəzində neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi üçün 73 mln. akr və ya 295,4 min kv. km. sahənin icarəyə verilməsi barədə planlarının olduğunu bildirib.
"Report"un RBC agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin press-relizində məlumat verilib. Nazirliyin mətbuat katibi Rayan Zinke (Ryan Zinke) deyib ki, çox sayda federal torpaqların və su sahələrinin neft və qaz yataqlarının qazılması üçün ayrılması Prezident Donald Trampın iqtisadi siyasətində əsas yeri tutur: "Buna səbəb ABŞ-ı energetika sahəsində müstəqil ölkəyə çevirməkdir".
Xatırladaq ki, torpaq sahələrinin icarəyə verilmə tarixi avqustun 16-da müəyyən edilib. Qazma işlərindən sonra ABŞ-ın 0,2-1,1 mlrd. barel neft və 118 mlrd. kub metr qaz əldə edəcəyi gözlənilir. Hökümət toplam 13 725 torpaq sahəsini icarəyə verəcəyini açıqlayıb. Sahələrin sahildən 230 mil uzaqlıqda olacağı və 3-3400 metr dərinliyi əhatə edəcəyi olacağı bildirilib.
Torpaq sahələrinin icarəyə verilməsi, 2017-2022 kontinental şelfin işlənib hazırlanması dövlət proqramının ilk mərhələsi olacaq. Ümumilikdə, Meksika körfəzində ildə 2 dəfə olmaqla 10 icarə kampaniyasının həyata keçirilməsi gözlənilir.