ABŞ neft idxalı üçün İrana alternativ axtarır
Energetika
- 20 sentyabr, 2018
- 13:33
Bakı. 20 sentyabr. REPORT.AZ/ ABŞ həm özü, həm də müttəfiqləri üçün İranı əvəzləyəcək yeni neft təchizatı mənbəyi axtarışındadır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evdəki mənbə “Financial Times”ə bildirib.
Qəzet qeyd edir ki, İran neftinin mühüm istehlakçılarından olan Hindistan da sentyabr – oktyabr üçün nəzərdə tutulan idxal həcmini xeyli ixtisar edib. Həmçinin Cənubi Koreya hökuməti neft idxal etmək üçün Səudiyyə Ərəbistanı və İraqla əməkdaşlıq qurmağa üstünlük verir.
Xatırladaq ki, bu il may ayında İranla nüvə sazişindən çıxan ABŞ noyabr ayından bu ölkənin enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu sanksiyalara əməl etməyən üçüncü ölkələrə də təzyiq göstərmək nəzərdə tutulur.
Son xəbərlər
08:13
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:02
ABŞ İslandiyanın NATO-da qalmasını istəyir
Digər ölkələr07:38
SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub
Region07:32
İran Prezidenti: Biz müharibə axtarışında deyilik
Region07:21
Bloomberg "Apple"da mümkün kadr dəyişiklikləri barədə məlumat əldə edib
Digər ölkələr07:07
Pezeşkian Bişkekə səfər edib - YENİLƏNİB
Region06:54
ABŞ İranın blokadası çərçivəsində 83 ticarət gəmisini kursunu dəyişməyə məcbur edib
Digər ölkələr06:22
ABŞ Hörmüzü minalamağa hazırlaşan SEPAH-a zərbə endirdiyini açıqlayıb
Digər ölkələr06:06