ABŞ Meksika körfəzində hasilatı dayandıra bilər

ABŞ Meksika körfəzində hasilatı dayandıra bilər ABŞ-ın Prezident Administrasiyası Meksika Körfəzindəki platformalarda çalışan bir neçə işçidə koronavirusun aşkarlanması səbəbindən neft hasilatının məcburi dayandırılmasını müzakirə edib.
Energetika
4 Aprel , 2020 10:22
ABŞ Meksika körfəzində hasilatı dayandıra bilər

ABŞ-ın Prezident Administrasiyası Meksika Körfəzindəki platformalarda çalışan bir neçə işçidə koronavirusun aşkarlanması səbəbindən neft hasilatının məcburi dayandırılmasını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” hadisəyə yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, lakin bu məsələyə baxılıb-baxılmadığı hələlik məlum deyil. Nəşr bildirir ki, əgər ABŞ Meksika körfəzindəki hasilatı dayandırarsa, ölkədə gündəlik neft hasilatı 2 mln. barel azalacaq. Hazırda ABŞ-ın gündəlik neft hasilatı 13 mln. barel təşkil edir.

Son xəbərlər

Orphus sistemi