ABŞ-ın neft hasilatı sabit qalıb

ABŞ-ın neft hasilatı sabit qalıb Ötən həftə ABŞ-ın xam neft idxalı həftəlik müqayisədə gündəlik orta hesabla 120 min barel azalıb, ixrac isə gündəlik orta hesabla 67 min barel azalaraq 3,41 mln barelə enib.
Energetika
24 Yanvar , 2020 11:01
ABŞ-ın neft hasilatı sabit qalıb

Ötən həftə ABŞ-ın xam neft idxalı həftəlik müqayisədə gündəlik orta hesabla 120 min barel azalıb, ixrac isə gündəlik orta hesabla 67 min barel azalaraq 3,41 mln barelə enib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında bildirilib.

Qeyd edək ki, hesabat dövründə ABŞ-da xam neft hasilatı dəyişməyərək 13 mln. barel səvviyyəsində qalıb.

EIA-nın "Qısamüddətli Enerji Baxışı" hesabatında 2020-ci ildə ölkənin gündəlik xam neft hasilatının 13,3 mln. barel olacağı proqnozlaşdırılır.

Orphus sistemi