Yuxarı
    Bağlamaq

    ABŞ-ın yeni vergi qanunu neft qiymətlərini azalda bilər

    Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ-da qəbul olunan və yaxın günlərdə Prezident D.Trampın imzalaması gözlənilən yeni vergi qanunu neft qiymətlərini ucuzlaşdıra bilər.

    "Report" "Deutsche Welle" teleradio şirkətinə istinadən xəbər verir ki, buna səbəb kimi ABŞ-da neft-qaz sektorunda fəallığın daha da artacağı ilə bağlı gözləntilərdir.

    Qeyd edək ki, yeni vergi qanununda ABŞ şirkətlərinin mənfəət vergisi 35%-dən 21%-ə endirilib. Vergi yükünün azaldılması ilə ABŞ neft-qaz şirkətlərinin rentabelliyinin yüksələcəyi və hasilatın artıracağı gözlənilir. Maya dəyəri yüksək olan şist neft hasilatçılarının bundan sonra daha rahat şərtlərlə neft hasilatına davam etməsi və yeni şirkətlərin sektorda fəaliyyətə başlaması proqnozlaşdırılır. Həmçinin son aylarda neft qiymətlərinin yüksəlməsi ABŞ şist neft hasilatının artmasına stimul yaradır. Buna görə də yaxın və ortamüddətli perspektivdə neft təklifinin artması nəticəsində qiymətlərin azalması gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi