Yuxarı

​ABŞ-ın neft-qaz korporasiyası əsaslı xərclərini azaldıb

Şirkətin layihələndirilən illik əsaslı xərclərinin 2016-cı il üzrə 160-170 mln. dollar olacağı gözlənilir

Bakı. 4 avqust. REPORT.AZ/ ABŞ-ın "Stone Energy" neft-qaz korporasiyası bu ilin II rübündə zərərin artması ilə əlaqədar 2016-cı il üzrə əsaslı xərclərini azaldıb.

"Report"un "Offshore Energy Today" saytına istinadən verdiyi xəbərə görə, 2016-cı ilin əvvəlində şirkətin qazma avadanlıqları üzrə nəzərdə tutulan təxminən 40-50 mln. dollar vəsait istisna olmaqla, əsaslı xərcləri 200 mln. dollar müəyyənləşdirilib.

Bu ilin II rübündə şirkətin əsaslı xərcləri 32,7 mln. dollar olub. Ötən ilin müvafiq rübündə isə əsaslı xərclər 91,1 mln. dollar təşkil edib.

Şirkətin layihələndirilən illik əsaslı xərclərinin 2016-cı il üzrə 160-170 mln. dollar olacağı gözlənilir.

Bundan əlavə, "Stone Energy" II rübdə neft satışı üzrə xalis zərərinin 195,8 mln. dollar, qaz gəlirlərinin isə 89 mln. dollar olduğunu bildirib. 2015-ci ilin II rübündə isə bu göstəricilər müvafiq olaraq 152,9 mln. dollar və 149,5 mln. dollar olub.

Şirkətin bu ilin II rübündə gündəlik hasilatı neft ekvivalenti ilə ötən ilin müvafiq dövründəki 48,6 min bareldən 29,0 min barelə düşüb.

Hasilatın bu ilin III rübündə 35-37 min barel/gün olacağı gözlənilir. 2016-cı il üzrə isə şirkətin orta illik hasilatı 33-35 min barel/gün olacağı planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi