ABŞ-ın neft ixracı 15% artıb

ABŞ-ın neft ixracı 15% artıb ABŞ-ın xam neft ehtiyatları 8-15 noyabr həftəsində 1,4 milyon barel və yaxud 0,3% artaraq 450,4 milyon barrelə çatıb.
Energetika
21 Noyabr , 2019 12:00
ABŞ-ın neft ixracı 15% artıb

ABŞ-ın xam neft ehtiyatları 8-15 noyabr həftəsində 1,4 milyon barel və yaxud 0,3% artaraq 450,4 milyon barrelə çatıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) açıqlamasında bildirilir. 

Xatırladaq ki, ekspertlərin həftəlik artımla praqnozu 1,5 milyon barel idi. 

Hesabat dövründə ABŞ-ın strateji xam neft ehtiyatları isə 2 milyon barrel və yaxud 0,3% azalaraq 637,5 milyon barelə düşüb. 

Həftə ərzində ABŞ gündəlik neft idxalını 222 min barrel və yaxud 3,9% artıraraq 5,9 milyon barelə, gündəlik neft ixracını isə 394 min barrel və yaxud 15% artıraraq 3 milyon barrelə çatdırıb. Bu müddətdə ABŞ-da gündəlik neft istehsalı isə 12,8 milyon barel olub.

Son xəbərlər

Orphus sistemi