Yuxarı
    Bağlamaq

    ABŞ-ın neft idxalı 11% azalıb

    Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ-da fevralın 10-dən 16-na qədərki həftə ərzində gündəlik neft idxalı 867 min barel və yaxud 11% azalaraq 7,021 mln. barelə düşüb. İllik müqayisədə isə idxal 3,64% azalıb.

    "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.

    Qeyd edək ki, son 20 il ərzində ABŞ-da neft idxalının minimum səviyyəsi 2014-cü il mayın 10-16-da qeydə alınıb və 6,469 mln. barel/günə bərabər olub. Hazırda idxal minimal səviyyədən 8,5% çoxdur. 

    Hesabat həftəsində ABŞ-da neft hasilatının gündəlik həcmi rekord səviyyələrdə sabitləşib, neft ehtiyatlarının həcmi isə gözləntilərin əksinə azalıb. Belə ki, həftə ərzində gündəlik neft hasilatının həcmi 1 000 barel və yaxud 0,01% azalaraq 10,27 mln. barel təşkil edib. Neft ehtiyatlarının həcmi isə 1,616 mln. barel və yaxud 0,38% azalaraq 420,5 mln. barelə düşüb. Halbuki analitiklər ehtiyatların 2,9 mln. barel artacağını proqnozlaşdırırdılar. Xatırladaq ki, neft ehtiyatları bundan əvvəlki həftə 1,841 mln. barel artım nümayiş etdirib.

    ABŞ-ın benzin ehtiyatlarında da artım müşahidə olunub. Analitiklər sözügedən göstəricinin 1,35 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 0,261 mln. barel və yaxud 0,1% artaraq 249,361 mln. barelə yüksəlib. Bundan əvvəlki həftə ərzində isə benzin ehtiyatları 3,599 mln. barel artmışdı.

    "Report"un analitik qrupu bildirir ki, bu xəbər dünya bazarında neftin bahalaşmasına səbəb olub. Əmtəə birjalarında "Brent" markalı neftin qiyməti 66 dollar/bareli ötüb. Qlobal iqtisadi artımın sürətlənməsi fonunda dünya bazarında neftin qiyməti yüksək səviyyədə qalmaqda davam edəcək. Bu ilin I rübündə "Brent" markalı neftin qiymətinin 55-73 dollar/barel arasında dəyişəcəyi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi