ABŞ-ın neft ehtiyatları tarixi rekord həddə çatıb

ABŞ-ın neft ehtiyatları tarixi rekord həddə çatıb Gündəlik neft hasilatı 9 mln. bareldən çox olub
Energetika
2 Mart , 2017 12:18
ABŞ-ın neft ehtiyatları tarixi rekord həddə çatıb

Bakı. 2 mart. REPORT.AZ/ ABŞ-ın xam neft ehtiyatları 18-24 fevral həftəsində 1,501 mln. barel artaraq 520 mln. bareli ötüb. "Report", "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu açıqlama ABŞ Energetika Nazirliyi nəzdində müstəqil Energetika İnformasiyaları Agentliyi tərəfindən yayılıb. 

Bununla da neft ehtiyatlarında ardıcıl 8 həftə artım qeydə alınıb və ehtiyatlar tarixi rekord səviyyəyə yüksəlib. Qeyd edək ki, ABŞ-ın günədlik neft hasilatı 31 min barel və ya 0,34% artaraq 9,032 mln. barelə çatıb. Xatırladaq ki, ABŞ-da maksimal gündəlik neft hasilatı 2015-ci ilin iyununda (9,606 mln. barel) olub.

Son xəbərlər

Orphus sistemi