ABŞ-ın neft ehtiyatları azalıb

ABŞ-ın neft ehtiyatları azalıb Strateji neft ehtiyatlarının həcmi isə dəyişməyib
Energetika
15 Dekabr , 2016 11:32
ABŞ-ın neft ehtiyatları azalıb

Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları 3-9 dekabr həftəsində əvvəlki həftə ilə müqayisədə 2,6 mln. barel və ya 0,5% azalaraq 483,2 mln. barelə kimi geriləyib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsindən məlumat verilib. 

Qeyd edək ki, analitiklər azalmanın 1,6 mln. barel olacağını ehtimal edirdilər. ABŞ-ın strateji neft ehtiyatları isə hesabat həftəsində dəyişməyərək 695,1 mln. barel təşkil edib.

Məlumatda, həmçinin bildirilir ki, hesabat həftəsində ABŞ-da neft hasilatı bir həftə əvvəllə müqayisədə 99 min barel və ya 1,15% artaraq 8,8 mln. barelə çatıb. Ötən həftə ərzində xam neft idxalı isə gündəlik orta hesabla 943 min barel və ya 11,36% azalaraq 7,36 mln. barelə düşüb.

Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatları 0,5 mln. barel və ya 0,2% artaraq 230 mln. barel təşkil edib.

Son xəbərlər

Orphus sistemi