ABŞ-ın neft ehtiyatları artıb

ABŞ-ın neft ehtiyatları artıb "Brent" markalı neftin qiyməti bir qədər geriləyib
Energetika
20 Yanvar , 2017 11:03
ABŞ-ın neft ehtiyatları artıb

Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları 7-13 yanvar həftəsində 2,347 mln. barel və ya 0,48% artaraq 485,5 mln. barel təşkil edib. "Report" ABŞ-ın Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin hesabatına istinadən xəbər verir ki, hesabat həftəsində ölkədə benzin ehtiyatları 5,951 mln. barel artım göstərib. 

Təhlil olunan dövr ərzində ABŞ-da gündəlik neft hasilatı 8,944 mln. barel təşkil edib ki, bu da bir əvvəlki həftə ilə müqayisədə 2 min barel/gün və ya 0,02% azdır. Hesabatın açıqlanmasından sonra "Brent" markalı neftin qiyməti 1,6% azalaraq 53,90 dollar/barelə geriləyib.

"Report"un analitik qrupu neft qiymətlərinin ilk rübdə 50-60 dollar/barel diapazonunda hərəkət edəcəyini proqnozlaşdırır.

İngilis versiyası US oil stocks increased

Son xəbərlər

Orphus sistemi