Bakı. 20 sentyabr. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları sentyabrın 9-dan 15-nə qədər davam edən həftə ərzində 4,591 mln. barel və yaxud 1% artaraq 472,8 mln. barelə çatıb.
"Report" "Forexpf.ru" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi məlumat yayıb.
Xatırladaq ki, "Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak etmiş analitiklər artımın 3,9 mln. barel olacağını ehtimal edirdilər.
Hesabat dövründə ölkənin benzin ehtiyatları isə proqnozlara uyğun olaraq 2,12 mln. barel və ya 1% azalaraq 217,2 mln. barelə düşüb.
ABŞ-da neft ehtiyatlarının artması dünya bazarında neftin ucuzlaşmasına səbəb olmayıb. "Brent" markalı neftin 1 barelinin qiyməti 1%-ə yaxın artaraq 56,2 dollar/barelə yüksəlib.