ABŞ-ın neft ehtiyatları 1% artıb

ABŞ-ın neft ehtiyatları 1% artıb Neft bazarı bu xəbərə əks-reaksiya verib
Energetika
8 Sentyabr , 2017 10:04
ABŞ-ın neft ehtiyatları 1% artıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları avqustun 26-dan sentyabrın 1-nə qədər davam edən həftə ərzində 4,58 mln. barel və yaxud 1% artaraq 462,4 mln. barelə çatıb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi məlumat yayıb. 

Xatırladaq ki, "Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak etmiş analitiklər artımın 4,022 mln. barel və yaxud 0,88% olacağını ehtimal edirdilər. 

Hesanat dövründə ölkənin benzin ehtiyatları isə 5,438 mln. barellik azalma gözləntisinə baxmayaraq 3,2 mln. barel və yaxud 1,4% azalaraq 226,7 mln. barelə düşüb. 

ABŞ-da neft ehtiyatlarının artması dünya bazarından neftin ucuzlaşmasına səbəb olmayıb. "Brent" markalı neftin 1 barelinin qiyməti 1%-ə yaxın artaraq 54,7 dollar/barelə yüksəlib.