ABŞ-ın neft ehtiyatı rekord həddə çatıb

ABŞ-ın neft ehtiyatı rekord həddə çatıb
Energetika
345
29 İyun , 2020 23:12
ABŞ-ın neft ehtiyatı rekord həddə çatıb

ABŞ-da neftin kommersiya ehtiyatları neft məhsullarına tələbatın azalması səbəbindən rekord həddə - 541 milyon barelə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.

Bu göstərici 2017-ci il mart ayının sonunda qeydə alınan əvvəlki rekorddan 5 milyon barel çoxdur.

Bununla belə, ABŞ-dakı anbarların yalnız 62 faizi dolub.