Yuxarı

ABŞ-ın “Exxon Mobil” korporasiyasının gəliri əsrin əvvəlindən bəri ən aşağı göstəriciyə düşüb

Ötən ilin yanvar-mart aylarına nisbətən şirkətin xalis gəliri təxminən 3 dəfə azalıb

Bakı. 29 aprel. REPORT.AZ/ Bu ilin birinci rübündə ABŞ-ın neft konserni "Exxon Mobil"in əldə etdiyi gəlirin səviyyəsi əsrin əvvəlindən bəri şirkətin ən aşağı göstəricisi hesab edilir. Bu barədə şirkətin 2016-cı ilin birinci rübü üçün verdiyi açıqlamada deyilir.

"Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, ötən ilin yanvar-mart aylarına nisbətən dünyanın iri neft şirkətlərindən olan "Exxon Mobil"in gəliri təxminən 3 dəfə azalıb, yəni 4,9 mlrd. dollardan 1,8 mlrd. dollara düşüb.

"Bloomberg"in hesablamalarına görə, bu, 1999-cu ildən bəri ən aşağı göstəricidir. 

Şirkət mənfəətin azalmasının səbəbi kimi bu ilin əvvəlində neft qiymətlərinin minimuma enməsi və neft emalı zamanı aşağı marjanı göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi