ABŞ İrandan neft ixracının azaldığını bəyan edib

ABŞ İrandan neft ixracının azaldığını bəyan edib Bakı. 16 oktyabr. REPORT.AZ/ İranın neft ixracı Amerikanın sanksiyaları təkrarən tətbiq etməsi fonunda əhəmiyyətli dərəcədə azalıb.
Energetika
16 Oktyabr , 2018 22:13
ABŞ İrandan neft ixracının azaldığını bəyan edib

Bakı. 16 oktyabr. REPORT.AZ/ İranın neft ixracı Amerikanın sanksiyaları təkrarən tətbiq etməsi fonunda əhəmiyyətli dərəcədə azalıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi deyib.

Onun sözlərinə görə, söhbət Birləşmiş Ştatların İranla sazidən çıxdığı və yenidən sanksiya tətbiq etdiyi məqamdan sonra "əhəmiyyətli azalma"dan gedir.

ABŞ İranla nüvə sazişindən bitərəfli qaydada çıxıb və noyabrda 2015-ci ilə qədər Tehrana qarşı qüvvədə olan sanksiyaları, eləcə də neft və neft məhsulları ticarətinə, həmçinin İranla tranzaksiya maliyyələşdirilməsinə olan qadağaları tam bərpa etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi