Ekspert: "ABŞ-İran qarşıdurması Hörmüz boğazının bağlanmasına və neftin bahalaşmasına səbəb ola bilər"

Ekspert: "ABŞ-İran qarşıdurması Hörmüz boğazının bağlanmasına və neftin bahalaşmasına səbəb ola bilər" ABŞ-İran qarşıdurması Hörmüz boğazının bağlanmasına və neftin bahalaşmasına səbəb ola bilər.
Energetika
11 Yanvar , 2020 16:25
Ekspert: ABŞ-İran qarşıdurması Hörmüz boğazının bağlanmasına və neftin bahalaşmasına səbəb ola bilər

"ABŞ-İran qarşıdurması Hörmüz boğazının bağlanmasına və neftin bahalaşmasına səbəb ola bilər".

"Report" xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə bazarları üzrə baş məsləhətçisi və “SOCAR Capital” MMC-nin Məşvərət Şurasının üzvü Əli Ağaoğlu deyib.

"Dünya bazarına çıxarılan neftin, təxminən, 1/3 hissəsi Hörmüz boğazından keçir. Bu boğazdan 7 ölkə istifadə edərək neft ixrac edir. ABŞ-la İran arasında hərbi münaqişə olarsa, həmin boğaz bağlanacaq və oradan neft ixracı dayanacaq. Bu zaman isə digər neft istehsalçıları qiymətləri artıracaq. Bu cür vəziyyət Azərbaycanın xeyrinədir, çünki neft ixrac edir, Türkiyə isə neft idxalçısı olduğu üçün onun zərərinədir”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi