Yuxarı

ABŞ dövlət katibinin müavini: "TANAP enerji resurslarının daşınması marşrutlarının diversifikasiyası üçün çox vacibdir"

Vaşinqtonda ABŞ-dan TMQ ixracı və Avropa Enerji Təhlükəsizliyi mövzusunda konfrans keçirilib

Bakı. 29 aprel. REPORT.AZ/ Vaşinqtonda "ABŞ-dan təbii maye qaz (TMQ) ixracı və Avropa Enerji Təhlükəsizliyi" mövzusunda konfrans keçirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Atlantika Şurasının təşkil etdiyi konfransda ABŞ, Polşa, Rumıniya, Macarıstan, Slovakiya və digər ölkələrin nümayəndələri iştirak edib. Onlar Avropanın enerji təhlükəsizliyi məsələsini müzakirə ediblər.

Tədbirdə çıxışı zamanı ABŞ Dövlət Departamentinin enerji resursları bürosunun enerji diplomatiyası üzrə dövlət katibinin müavini Robin Danniqan Azərbaycan təbii qazının Türkiyə vasitəsilə Avropaya ixracına imkan verəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin həyata keçirilməsi məsələsinə diqqəti cəlb edib.

Onun sözlərinə görə, TANAP enerji resurslarının daşınması marşrutlarının diversifikasiyası üçün çox vacibdir.

Azərbaycanlı ekspert Gülmira Rzayeva konfransda çıxış edərək Türkiyənin Rusiya ilə münasibətlərin gərginləşməsindən, eləcə də enerjiyə tələbatın artmasından sonra enerji mənbələrinin diversifikasiyası yönündə hərəkətə başladığını bildirib.

G.Rzayeva, həmçinin Avropanın enerji təhlükəsizliyi üçün Türkiyənin tərəfdaş olduğu "Şahdəniz" və TANAP layihələrinin əhəmiyyəini də vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi