ABŞ-da yük qatarı aşıb, 870 min litr neft yola dağılıb

ABŞ-da yük qatarı aşıb, 870 min litr neft yola dağılıb Bakı. 24 iyun. REPORT.AZ/ ABŞ-ın Ayova ştatında neft daşıyan yük qatarı relsdən çıxaraq aşıb.
Energetika
24 İyun , 2018 13:14
ABŞ-da yük qatarı aşıb, 870 min litr neft yola dağılıb

Bakı. 24 iyun. REPORT.AZ/ ABŞ-ın Ayova ştatında neft daşıyan yük qatarı relsdən çıxaraq aşıb.

“Report” xəbər verir ki, qəza nəticəsində 870 min litr neft yerə dağılıb.

Duru yanacağın bir hissəsi yaxınlıqdakı su hövzələrini çirkləndirib. Neftin yarısını toplamaq mümkün olub. Yerli sakinlərin həyatı üçün təhlükə yoxdur.

Kanadadan Amerikanın Oklahoma ştatında yerləşən "ConocoPhillips" şirkəti üçün neft daşıyan qatar BNSF şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi