Bakı. 26 yanvar. REPORT.AZ/ ABŞ-da son iki həftədə qazın (qazolin) 1 qallonu (3,78541 litr) 13,3 dollar ucuzlaşaraq 2,07 dollara bərabər olub.
"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu rəqəm 2009-cu ildən bəri qeydə alınmış ən ucuz həddir.
İlk dəfə iyun ayında qazın hər qallonunun qiyməti 1,24 dollar ucuzlaşmışdı. Təhlilçilərin fikrincə, son on gündə yanacağın qiymətinin belə ucuzlaşmasının səbəbi pərakəndə satış mərkəzlərində tələbatın az olması ilə bağlıdır.
Məlumata görə, yanvarın 16-dan başlanan qiymət ucuzlaşması bu ayın sonuna qədər davam edəcək və gələn aydan etibarən bahalaşmağa doğru gedə bilər.