ABŞ-da qasırğa səbəbindən bahalaşmaqda olan neftin artım tempi azalıb

ABŞ-da qasırğa səbəbindən bahalaşmaqda olan neftin artım tempi azalıb Bakı. 4 sentyabr. REPORT.AZ/ Çərşənbə axşamı neftin dünya qiymətlərinin artım tempi günorta saatlarının dinamikası ilə müqayisədə aşağı düşüb. Neftin bahalaşması Meksika körfəzi sahillərinə yaxınlaşmaqda olan Qordon qasırğası səbəbindən irəli gəlib.
Energetika
4 Sentyabr , 2018 22:42
ABŞ-da qasırğa səbəbindən bahalaşmaqda olan neftin artım tempi azalıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Çərşənbə axşamı neftin dünya qiymətlərinin artım tempi günorta saatlarının dinamikası ilə müqayisədə aşağı düşüb. Neftin bahalaşması Meksika körfəzi sahillərinə yaxınlaşmaqda olan "Qordon" qasırğası səbəbindən irəli gəlib.

“Report” xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə 19.01-ə olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının noyabr fyuçerslərinin qiyməti 0,05% artaraq bir barel üçün 78,19 dollara çatıb, WTI markalı yüngül neftin oktyabr fyuçersləri isə 0,33% bahalaşaraq bir barelə görə 70,03 dollar təşkil edib.

Günün birinci yarısında neftin qiymətləri 1,7-2% artıb. "Brent"in bir bareli hərraclar zamanı 10 iyul tarixindən bu yana ilk dəfə olaraq 79 dollar göstəricisini ötüb və 79,72 dollarlıq maksimum səviyyəyə çatıb.

ABŞ sahillərinə qasırğanın yaxınlaşması bazarlarda neft tədarükü ilə bağlı əndişə yaradır.

Son xəbərlər

Orphus sistemi