​ABŞ-da neftin qiyməti 3% aşağı düşüb

​ABŞ-da neftin qiyməti 3% aşağı düşüb "Brent"in bir bareli 1,29% və ya 0,79 dollar ucuzlaşaraq 61,06 dollara düşüb
Energetika
16 Dekabr , 2014 09:32
​ABŞ-da neftin qiyməti 3% aşağı düşüb

Bakı. 16 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,40% yaxud 1,90 dollar ucuzlaşaraq 55,91 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qitymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 1,29% və ya 0,79 dollar ucuzlaşaraq 61,06 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 64 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi