ABŞ-da neft yenidən ucuzlaşır

ABŞ-da neft yenidən ucuzlaşır “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti bir barel üçün 48,67 ABŞ dollarına, WTI markalı neftin yanvar fyuçersləri isə bir barel üçün 45,48 ABŞ dollarına düşüb.
Energetika
9 Dekabr , 2020 10:20
ABŞ-da neft yenidən ucuzlaşır

Çərşənbə günü səhər saatlarında neftin qiyməti Amerika Neft İnstitutunun (API) ABŞ-da bu xammal ehtiyatlarının gözlənilməz artımına dair məlumatları səbəbindən mülayim şəkildə azalır.

“Report” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmə məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 08:38-ə olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,35% azalaraq bir barel üçün 48,67 ABŞ dollarına, WTI markalı neftin yanvar fyuçersləri isə 0,26% azalaraq bir barel üçün 45,48 ABŞ dollarına düşüb.

Sövdələçmə iştirakçıları API-ın son məlumatlarını əldə əsas tutur. Belə ki, İnstitut ABŞ-dakı neft ehtiyatlarının keçən həftə 1,14 milyon barel artdığını bildirib. Halbuki analitiklər 1,51 milyon barel həcmində azalma gözləyirdi. ABŞ Energetika Nazirliyindən rəsmi məlumatları axşam açıqlanacaq. Analitiklər nazirliyin ehtiyatların 1,42 milyon barel azaldığını bildirəcəyini təxmin edirlər.

“Fujitomi Co.”nun baş analitiki Kazuhiko Saito deyib ki, bazarda daha əvvəl müşahidə olunan artım “şişirdilmiş” görünür, eyni zamanda, gələn il yeni növ koronavirus pandemiyasının sona çatacağı ilə bağlı gözləntilər xammalın qiymətinin artmasına təkan verəcək.

Son xəbərlər

Orphus sistemi