ABŞ-da neft ehtiyatlarına dair açıqlama qiymət artımına təkan verdi

ABŞ-da neft ehtiyatlarına dair açıqlama qiymət artımına təkan verdi Halbuki açıqlamaya qədər qiymət artımı 2 faizdən artıq olub
Energetika
14 Aprel , 2021 20:47
ABŞ-da neft ehtiyatlarına dair açıqlama qiymət artımına təkan verdi

ABŞ-da neft ehtiyatlarına dair bu gün verilən rəsmi açıqlamadan sonra neft qiymətləri xeyli artıb.

“Report” “Prime”yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 18:45-ə olan vəziyyətə görə, “Brent” markalı neftin iyun fyuçersləri 3,94 faiz bahalaşaraq 66,18 ABŞ dollarından, WTI markalı neftin may fyuçersləri isə 4,25 faiz bahalaşaraq 62,74 dollardan satılıb. Halbuki açıqlamaya qədər qiymət artımı 2 faizdən artıq olub.

Xatırladaq ki, açıqlamaya əsasən, ABŞ-da ötən həftə neft ehtiyatları 5,9 milyon barel azalaraq 492,4 milyon barelədək geriləyib. Halbuki ekspertlər 2,9 milyon barel azalma gözləyirdilər. Benzin ehtiyatları 0,8 milyon barellik proqnoza qarşı 0,3 milyon barel, distilat ehtiyatları da 907 min barel artım proqnozuna qarşı 2,1 milyon barel azalıb.

Qeyd edək ki, neftə gündəlik tələbatın 5,7 milyon barel artacağına dair Beynəlxalq Enerji Agentliyinin (IEA) bu yaxınlarda dərc edilmiş hesabatından sonra ABŞ-da neft ehtiyatlarına dair açıqlama bazarda xeyli nikbin ovqat yaradıb.

Son xəbərlər

Orphus sistemi