ABŞ-da neft ehtiyatları yenidən azalma ilə üzləşib

ABŞ-da neft ehtiyatları yenidən azalma ilə üzləşib ABŞ-da gündəlik neft hasilatı isə artıb
Energetika
24 Avqust , 2017 13:42
ABŞ-da neft ehtiyatları yenidən azalma ilə üzləşib

Bakı. 24 avqust. REPORT.AZ/ ABŞ-ın kommersiya neft ehtiyatları 12-18 avqust həftəsində 3,327 mln. barel və ya 0,71% azalaraq 463,17 mln. barelə kimi geriləyib. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat ABŞ Energetika Nazirliyinin Energetika informasiyaları idarəsi tərəfindən verilib. 

"Reuters" agentliyi tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, analitiklər neft ehtiyatlarının 3,479 mln. barel və ya 0,75% azalacağını ehtimal edirdilər. Benzin ehtiyatları isə hesabat dövründə 1,25 mln. barel proqnoza qarşı 1,223 mln. barel və ya 0,53% azalaraq 229,9 mln. barelə enib.

ABŞ neft hasilatı isə hesabat dövründə 26 min barel/gün və ya 0,27% artaraq 9,502 mln. barel/günə çatıb.

"Report" xəbər verir ki, ABŞ-da neft ehtiyatları azalması "Brent" markalı neftin qiymətinin artaraq 52,58 dollar/barelə yaxınlaşmasına səbəb olub. Qeyd edək ki, "Brent" markalı neft 53 dollar/barel həddini keçərsə, 55 dollar/barelə kimi yüksələ bilər. 

Son xəbərlər

Orphus sistemi