ABŞ-da neft buruqlarının artması neftin qiymətini ucuzlaşdırıb

ABŞ-da neft buruqlarının artması neftin qiymətini ucuzlaşdırıb "Brent" markalı neftin yanvar fyuçersləri 0,35 dollar aşağı düşüb
Energetika
18 Noyabr , 2016 22:51
ABŞ-da neft buruqlarının artması neftin qiymətini ucuzlaşdırıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar ərazisində neft buruqlarının sayının artması barədə xəbərlər fonunda "qara qızıl"ın qiyməti düşməyə başlayıb.

"Report" xəbər verir ki, ICE birjasında "Brent" markalı neftin yanvar fyuçersləri hesabatın dərc olunmasından sonra 0,35 dollar ucuzlaşaraq bir barelə görə 46,26 dollar təşkil edib.

WTI-nin dekabr fyuçersləri isə 0,3 faiz ucuzlaşıb və bir barel üçün 45,13 dollara bərabər olub.

ABŞ-da qazma qurğularının sayı həftə ərzində 20 ədəd artaraq 588-ə çatıb. Neft buruqlarının sayı 19 ədəd (471), qaz buruqlarının sayı isə 1 ədəd (116) artıb.

Son xəbərlər

Orphus sistemi