ABŞ-da iri neft və qaz yatağı aşkar olunub

ABŞ-da iri neft və qaz yatağı aşkar olunub Onun ehtiyatları 20 mlrd. barel neft və 0,4 trln. kubmetr qaz təşkil edir
Energetika
17 Noyabr , 2016 01:08
ABŞ-da iri neft və qaz yatağı aşkar olunub

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatının qərb hissəsində "Wolfcamp" formasiyalı şits neft yatağı kəşf olunub.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Geoloji Xidməti məlumat yayıb.

Onun ehtiyatları 20 milyard barel neft, 0,4 trilyon kubmetr təbii qaz və 1,6 milyard barel qaz kandensatı həcmində qiymətləndirilir.

"Yeni yataq miqyasına görə 2013-cü ildə Bakken-Tri Forks neft rayonunda aşkar olunandan üç dəfə böyükdür. Bu, Geoloji Xidmətin ehtiyatlarını qiymətləndirdiyi ən böyük şist neft yatağıdır", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi