ABŞ-da ehtiyatların azalması fonunda neft bahalaşır

ABŞ-da ehtiyatların azalması fonunda neft bahalaşır ABŞ-da xam neft ehtiyatlarının gözləniləndən daha çox azalması, həmçinin peyvəndləmənin genişlənməsi fonunda tələbin bərpa olunmasından sonra dünya bazarlarında neft bahalaşıb.
Energetika
15 Sentyabr , 2021 13:51
ABŞ-da ehtiyatların azalması fonunda neft bahalaşır

ABŞ-da xam neft ehtiyatlarının gözləniləndən daha çox azalması, həmçinin peyvəndləmənin genişlənməsi fonunda tələbin bərpa olunmasından sonra dünya bazarlarında neft bahalaşıb.

“Report” “Investing.com” saytına istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,6 % bahalaşaraq, 1 bareli 74,04 ABŞ dollarına satılıb. "WTI" markalı neftinin oktyabr fyuçerslərinin qiyməti də 0,6 % bahalaşaraq, 1 bareli 70,88 ABŞ dolları təşkil edib.

Amerika Neft İnstitutunun (API) həftəlik hesabatına görə, “İda” qasırğası səbəbindən çoxsaylı neft emalı zavodlarının və şelfdəki neft-qaz platformalarının fəaliyyətinin dayandırılması ABŞ-da xam neft ehtiyatlarının azalmasına gətirib çıxarıb. Belə ki, analitiklər ehtiyatların 3,5 milyon barel azalacağını güman etsələr də, faktiki azalma 5,4 milyon barel təşkil edib.

Son xəbərlər

Orphus sistemi