ABŞ-da ehtiyatlar azalsa da, neft ucuzlaşıb

ABŞ-da ehtiyatlar azalsa da, neft ucuzlaşıb Buna "Harvey" qasırğası və yay mövsümünün bitməsi amilləri səbəb olub
Energetika
31 Avqust , 2017 12:17
ABŞ-da ehtiyatlar azalsa da, neft ucuzlaşıb

Bakı. 31 avqust. REPORT.AZ/ ABŞ-ın kommersiya neft ehtiyatları 19-25 avqust həftəsində 5,392 mln. barel və ya 1,16% azalaraq 457,78 mln. barelə kimi geriləyib.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu məlumat ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi tərəfindən verilib.

"Reuters" agentliyi tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, analitiklər neft ehtiyatlarının 1,75 mln. barel və ya 0,38% azalacağını ehtimal edirdilər. Benzin ehtiyatları isə hesabat dövründə dəyişməyəcəyi proqnozlarına qarşı 0,035 mln. barel və ya 0,01% artaraq 229,9 mln. barelə çatıb.

ABŞ-da neft hasilatı isə hesabat dövründə 2 min barel/gün və ya 0,02% artaraq 9,530 mln. barel/günə çatıb.

"Report" xəbər verir ki, ABŞ-da neft ehtiyatlarının azalması "Brent" markalı neftin qiymətinin artmasına səbəb olmayıb. "Brent" 2%-ə yaxın ucuzlaşaraq 50,7 dollar/barelə düşüb. Neftin ucuzlaşmasına səbəb "Harvey" qasırğasının neftayırma zavodlarının fəaliyyətinə mane olması və yay mövsümünün bitməsi amilləri göstərilir.

Son xəbərlər

Orphus sistemi