Yuxarı
    Bağlamaq

    ABŞ-da aktiv qazma quyularının sayı daha 3% artıb

    Goldman Sachs: Gələn il ABŞ-da aktiv quyuların sayı 300 ədəd arta bilər

    Bakı. 17 oktyabr. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 8-14 oktyabr tarixlərində 15 ədəd və ya 2,86% artaraq 539-a çatıb.

    "Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 4 ədəd və yaxud 0,93% artaraq 432 ədəd, qaz quyularının sayı 11 ədəd və yaxud 11,7% artaraq 105 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 163 ədəd və yaxud 27,4%, qaz quyularının sayı isə 87 ədəd və yaxud 45,3%, ümumilikdə isə neft-qaz quyularının sayı 248 ədəd və yaxud 31,5% azalıb.

    Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu il mayın 25-nə 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda isə aktiv neft quyularının sayı minimal həddən 36,7% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 73,1% aşağıdır.

    ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı aradakı 2 həftə istisna olmaqla 20 həftədir artmaqda davam edir. Bu həftələrin birində azalma, digərində isə sabitlik qeydə alınıb.

    "Report"un analitik qrupu hesab edir ki, neft qiymətlərinin 50 dollar/bareli ötməsi ABŞ-da neft sektorunun canlanmasını sürətləndirməyə davam edəcək. Hələlik aktiv quyuların sayının artması neft hasilatını artırmasa da, yaxın gələcəkdə neftin qiyməti 50-55 dollar/barel diapazonunda qalmağa davam edərsə hasilatda artım müşahidə ediləcək. ABŞ-ın məşhur "Goldman Sachs" bankına görə, ABŞ-ın energetika şirkətləri artıq neft və qaz qiymətlərinin aşağı səviyyəsinə uyğunlaşıb. Hətta energetika sektoru şirkətləri 2016-cı ildə səhm emissiyasından 2015-ci il ilə müqayisədə 2 dəfə çox, yəni 30 mlrd. dollar vəsait cəlb edə bilib. "Goldman Sachs"ın ekspertləri hesab edirlər ki, ABŞ-ın neft-qaz şirkətləri 2017-ci ildə aktiv neft-qaz qazma quyularının sayını 300 ədəd artıracaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi