ABŞ-da aktiv neft quyularının sayı ilə bağlı proqnoza dəyişiklik edilib

ABŞ-da aktiv neft quyularının sayı ilə bağlı proqnoza dəyişiklik edilib Bakı. 23 aprel. REPORT.AZ/ ABŞ-ın “Simmons Co” şirkətinin analitikləri ölkədə aktiv neft quyularının sayı ilə bağlı proqnozlarına dəyişiklik edib.
Energetika
23 Aprel , 2018 12:38
ABŞ-da aktiv neft quyularının sayı ilə bağlı proqnoza dəyişiklik edilib

Bakı. 23 aprel. REPORT.AZ/ ABŞ-ın “Simmons & Co” şirkətinin analitikləri ölkədə aktiv neft quyularının sayı ilə bağlı proqnozlarına dəyişiklik edib. 

"Report" “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, sözügedən göstəricinin bu il 1 014-ə, gələn il isə 1 129-a çatacağı proqnozlaşdırılır. 

Bundan əvvəlki proqnozda həmin rəqəmlər 2018-ci il üçün 1 013, 2019-cu il üçün isə 1 129 idi. 

ABŞ-ın neft-qaz sektoruna xidmət edən şirkəti "Baker Hughes”in yaydığı məlumata görə isə, ötən həftə ABŞ-da aktiv neft quyularının sayı 5 ədəd artaraq 820 ədəd təşkil edib.

Quyuların sayı ABŞ-da neft hasilatının həcmindəki dəyişikliyin ilkin göstəricisidir. Xatırladaq ki, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EİA) aprel icmalında ABŞ-da 2019-cu ildə neft hasilatının həcmi üzrə proqnozunu gündəlik 11,44 mln. barrelə qədər artırıb. Bundan əvvəl isə artımın gündəlik 11,27 mln. barrel olacağı bildirilmişdi. 2018-ci ildə isə ABŞ-da neft hasilatının gündəlik həcminin 10,69 mln. barrel təşkil edəcəyi proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi