ABŞ-da aktiv neft quyularının sayı 18 aylıq maksimuma çatıb

ABŞ-da aktiv neft quyularının sayı 18 aylıq maksimuma çatıb Son bir il ərzində aktiv neft quyularının sayı 55% artıb
Energetika
6 Mart , 2017 09:42
ABŞ-da aktiv neft quyularının sayı 18 aylıq maksimuma çatıb

Bakı. 6 mart. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı fevralın 25-dən martın 3-dək 2 ədəd və ya 0,26% artaraq 756-ya çatıb.

"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 7 ədəd və yaxud 1,16% artaraq 609 ədəd, qaz quyularının sayı 5 ədəd və yaxud 3,31% azalaraq 146 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Bununla da aktiv neft quyularının sayı son 18 ayın maksimal həddinə çatıb. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 217 ədəd və yaxud 55,36%, qaz quyularının sayı isə 49 ədəd və yaxud 50,51%, ümumilikdə isə neft-qaz quyularının sayı 267 ədəd və yaxud 54,6% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 92,72% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 62,15% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neft qiymətlərinin 50-60 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir. Belə olduğu halda, ABŞ-da aktiv neft quyularının sayında artım davam edəcək. Bu da öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi