ABŞ-da aktiv neft-qaz quyularının sayı sürətlə artır

ABŞ-da aktiv neft-qaz quyularının sayı sürətlə artır Artım 2 həftə istisna olmaqla 18 həftədir davam edir
Energetika
3 Oktyabr , 2016 13:24
ABŞ-da aktiv neft-qaz quyularının sayı sürətlə artır

Bakı. 3 oktyabr. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 24-30 sentyabr tarixlərində 11 ədəd və ya 2,15% artaraq 522 ədəd təşkil edib.

"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 7 ədəd və yaxud 1,67% artaraq 425 ədəd, qaz quyularının sayı isə 4 ədəd və yaxud 4,35% artaraq 96 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə sabit qalaraq 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 189 ədəd və yaxud 30,8%, qaz quyularının sayı isə 99 ədəd və yaxud 50,8%, ümumilikdə isə neft-qaz quyularının sayı 287 ədəd və yaxud 35,5% azalıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda isə aktiv neft quyularının sayı minimal həddən 34,5% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 73,5% aşağıdır.

ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı arada 2 həftə istisna olmaqla 18 həftədir artmaqda davam edir. Bu həftələrin birində azalma, digərində isə sabitlik qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi