ABŞ-da aktiv neft-qaz quyularının sayı artıb

ABŞ-da aktiv neft-qaz quyularının sayı artıb Bu göstərici 1 il əvvəlki səviyyəyə yaxınlaşıb
Energetika
4 Yanvar , 2017 11:12
ABŞ-da aktiv neft-qaz quyularının sayı artıb

Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı dekabrın 24-dən 30-na qədərki həftə ərzində 5 ədəd və ya 0,77% artaraq 658-yə çatıb. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, hesabat həftəsində aktiv neft quyularının sayı 2 ədəd və yaxud 0,38% artaraq 525 ədəd, qaz quyularının sayı 3 ədəd və yaxud 2,32% artaraq 132 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə sabit qalaraq 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 11 ədəd və yaxud 2,05%, qaz quyularının sayı 30 ədəd və yaxud 18,52%, ümumilikdə isə neft-qaz quyularının sayı 40 ədəd və yaxud 5,73% azalıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il, mayın 25-nə 316 ədəd olub, bu da son 7 il üzrə minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 66,1% çoxdur. Bu göstərici rekord səviyyəyə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 67,4% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, Neft İxrac Edən Ölkələr Birliyi - OPEC-in noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada keçirilmiş sammitində neft hasilatının azaldılması qərara alınıb. Yaxın 3-6 ay müddətində neft qiymətlərinin 50-60 dollar/barel diapazonunda dəyişməsi gözlənilir ki, bu da ABŞ-da aktiv neft quyularının sayını nəzərəçarpacaq dərəcədə artıracaq. Son nəticədə isə ölkədə hasilatın həcmi artacaq. 

Son xəbərlər

Orphus sistemi