ABŞ Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstək verəcək

ABŞ Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstək verəcək ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə ABŞ-nin dəstəyi üzrə əməkdaşlıq etmək barədə razılığa gəldik
Energetika
21 Fevral , 2024 10:45
ABŞ Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstək verəcək

ABŞ Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstək vermək barədə razılığa gəlib.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə ABŞ-nin dəstəyi üzrə əməkdaşlıq etmək barədə razılığa gəldik. Ənənəvi enerji tərəfdaşlığını yeni mərhələdə inkişaf etdirmək üçün imkanları nəzərdən keçirdik”, - deyə nazir bildirib.

Son xəbərlər

Orphus sistemi