Bakı. 15 dekabr. REPORT.AZ/ "Xəzər dənizinin enerji ehtiyatlarının Avropa bazarına çıxmasını istəyirəm və bunun tezliklə mümkün olacağını düşünürəm".
"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ monopoliyanın əleyhinədir: "Biz istəmirik ki, dünyanın hansısa yerində monopolist olkə başqa ölkələrin bazarına təsir göstərsin. Alıcı bazara sərbəst daxil olub qiymət əsasında təchizatçını seçməlidir".
A.Hokstayn ABŞ-ın Cənub Qaz Dəhlizinə tam dəstək verdiyini də vurğulayıb.