ABŞ hökuməti 2020-ci ildə dünya neft bazarında gündəlik təklifi 94,42 milyon barel, tələbatı isə 92,21 milyon barel həcmində ehtimal edir.
“Report” Enerji Məlumatları Administrasiyasının (EİA) hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə isə təklifin 98,39 milyon barel, tələbatın da 98,8 milyon barel, bununla da 0,4 milyon barel kəsirin yaranacağı gözlənilir.
Eyni zamanda, ABŞ-da neft hasilatına dair proqnoz 2020-ci il üçün 0,5 faiz azaldılaraq 11,39 milyon barel, 2021-ci il üçün isə 11,09 milyon bareldən 11,1 milyon barelədək yüksəldilib. O cümlədən bu ay 11,2 milyon barel təşkil edən hasilat həcminin gələn ilin 2-ci rübündə 11 milyon barelədək geriləyəcəyi, sonradan qazma işlərinin artması nəticəsində 4-cü rübdə 11,3 milyon barelə çatdırılacağı bildirilir.