ABŞ bankirləri neft qiymətləri üzrə proqnozlarını azaldırlar

ABŞ bankirləri neft qiymətləri üzrə proqnozlarını azaldırlar Proqnozlar "Brent" markalı neft üçün 1 dollar, "WTI" üçün isə 2 dollar azaldılıb
Energetika
1 Sentyabr , 2017 18:18
ABŞ bankirləri neft qiymətləri üzrə proqnozlarını azaldırlar

Bakı. 1 sentyabr. REPORT.AZ/ ABŞ-ın aparıcı banklarının analitikləri ardıcıl 4-cü ay neft proqnozlarını aşağı salırlar.

"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, avqust ayının sonunda aparılan sorğuda iştirak edən 14 investisiya bankının ortaq proqnozuna görə, "Brent" markalı neftin orta qiyməti 2018-ci ildə 54 dollar/barel təşkil edəcək ki, bu da iyul proqnozundan 1 dollar/barel azdır.

"WTI" markalı neft üçün proqnoz isə 2 dollar/barel azaldılaraq 51 dollar/barelə endirilib.

Qeyd edək ki, sorğu ABŞ-ın Meksika körfəzində yaranan "Harvey" qasırğasından öncə aparılıb.

ABŞ-ın "Jefferies" investisiya bankının analitiki Ceyson Qammel (Jason Gammel) hesab edir ki, neft təklifinin növbəti ilin sonuna qədər ciddi azalması gözlənilmir: "Çətin ki, OECD ölkələrinin neft ehtiyatları son 5 ilin orta səviyyəsinə geriləsin".

"Capital Economics"in əmtəə bazarları üzrə analitiki Tomas Pyu (Thomas Pugh) isə düşünür ki, gələn il neftin ucuzlaşacağı ehtimal edilir:

"OPEC+ anlaşması bitəcək, ABŞ-da isə hasilat artmaqda davam edəcək".

Son xəbərlər

Orphus sistemi