ABŞ-da aktiv neft-qaz quyularının sayı artıb

ABŞ-da aktiv neft-qaz quyularının sayı artıb "Brent" neftinin qiyməti 45-55 dollar/barel diapazonunda hərəkət edəcək
Energetika
3 Sentyabr , 2016 17:45
ABŞ-da aktiv neft-qaz quyularının sayı artıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ-ın neft-qaz sektorunda 27 avqust-2 sentyabr tarixlərini əhatə edən həftə ərzində aktiv qazma quyularının sayı 8 ədəd və ya 1,64% artaraq 497-yə çatıb. 

"Report"un "Baker Hughes" şirkətinə istinadən verdiyi xəbərə görə, hesabat həftəsində neft quyularının sayı 1 ədəd və ya 0,25%, qaz quyularının sayı isə 8,64% artım göstərib. Qeyd edək ki, əvvəlki həftə ərzində neft quyularının sayı 8 həftəlik ardıcıl artımdan sonra sabit qalıb və 406 ədəd təşkil edib. Aktiv quyuların sayı keçən ilin analopji dövrü ilə müqayisədə 367 ədəd və ya 42,48% azalıb. Bu zaman müddətində neft quyularının sayı 255 ədəd və ya 38,52%, qaz quyularının sayı isə 114 ədəd və ya 56,44% azalma göstərib.

"Report"un analitik qrupu bildirir ki, ABŞ-da aktiv neft quyularının sayının artmasına baxmayaraq, dünən, sentyabrın 2-də neft qiymətləri günü yüksəlişlə tamamlayıb. "Brent" markalı neftin qiyməti 2,6% artaraq 46,63 dollar/barelə çatıb. Bu, artıq həftənin əvvəlində kəskin azalmanın baş verməsi ilə bağlıdır ki, bundan sonra qiymət bir qədər sabitləşib. Qeyd edək ki, keçən həftə "Brent" markalı neft 5,5% azalma göstərib. Analitik qrup neft qiymətlərinin 55 dollara qədər arta biləcəyini, sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək növbədənkənar OPEC sammitinə qədər qiymətlərin 45-55 dollar/barel diapazonunda dəyişəcəyini ehtimal edir.

Son xəbərlər

Orphus sistemi