​Abaşidze: "Azərbaycan Gürcüstana əsas təbii qaz tədarükçüsü olaraq qalacaq"

​Abaşidze: "Azərbaycan Gürcüstana əsas təbii qaz tədarükçüsü olaraq qalacaq" "Azərbaycan bu baxımdan bizim strateji tərəfdaşımızdır və bu belə olaraq qalacaq"
Energetika
9 Oktyabr , 2015 23:46
​Abaşidze: Azərbaycan Gürcüstana əsas təbii qaz tədarükçüsü olaraq qalacaq

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Azərbaycan Gürcüstana əsas təbii qaz tədarükçüsü olaraq qalacaq, hətta Rusiyadan qaz kəməri vasitəsi ilə tranzit artacağı halda belə".

"Report" xəbər verir ki, bu barədə "Novosti Qruziya"ya müsahibəsində Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

Gürcüstan 2007-ci ildən Rusiyadan qaz almır, əsas tədarükçü Azərbaycandır. Lakin Gürcüstan Rusiya qazının Ermənistana ümumi tranzit həcminin 10%-ni götürür.

"Biz Rusiyadan uzun illərdir qaz alırıq. Bu bizim Rusiyadan Ermənistan istiqamətinə buraxdığımız tranzitin bir hissəsidir. Əgər tranzit həcmi artarsa və biz daha çox qaz alarıqsa, mən bunda pis bir şey görmürəm. Azərbaycan bu baxımdan bizim strateji tərəfdaşımızdır və bu belə olaraq qalacaq", — deyə Abaşidze bildirib.

Rusiya qazı ilə bağlı ajiotaj Gürcüstanın energetika naziri Kaxa Kaladzenin sentyabrın sonlarında "Qazprom"un idarə heyətinin sədri Aleksey Miller ilə danışıqlar apardığı barədə məlumat yayılandan sonra başlayıb. Şirkətdən bildiriblər ki, tərəflər Rusiya təbii qazının Gürcüstana tədarükü, həmçinin onun üçüncü ölkəyə tranziti məsələlərinin müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi