7 aylıq elektrik enerjisi istehsalının 90%-i "Azərenerji"nin payına düşüb

7 aylıq elektrik enerjisi istehsalının 90%-i "Azərenerji"nin payına düşüb Bu ilin yanvar-iyul aylarında “Azərenerji” ASC 14 653,6 mln kVt/s elektrik enerjisi istehsal edib.
Energetika
16 Avqust , 2022 09:53
7 aylıq elektrik enerjisi istehsalının 90%-i Azərenerjinin payına düşüb

Bu ilin yanvar-iyul aylarında “Azərenerji” ASC 14 653,6 mln kVt/s elektrik enerjisi istehsal edib.

Bu barədə "Report"a Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, bu, ölkə üzrə 7 aylıq enerji istehsalının 90%-i deməkdir. O cümlədən səhmdar cəmiyyətinə məxsus istilik elektrik stansiyalarında (İES) 13 578 mln kVt/s, su elektrik stansiyalarında (SES) isə 1 075,6 mln kVt/s enerji istehsal olunub.

Bundan başqa, hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 268,8 mln kVt/s (İES-lərdə 156,5 mln kVt/s, SES-lərdə 77,8 mln kVt/s, günəş elektrik stansiyalarında (GES) 34,5 mln kVt/s), "Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 39,06 mln kVt/s (0,24%), müstəqil elektrik stansiyalarında isə 1 316,64 mln kVt/s enerji istehsal edilib.

Son 1 ildə ölkədə elektrik enerjisinin istehsalı 2,6% artaraq 16 278,1 mln kVt/s olub.

Son xəbərlər

Orphus sistemi