“Azərişıq” ASC-nin sədri 4 regiondan 46 vətəndaşın problemini dinləyib

“Azərişıq” ASC-nin sədri 4 regiondan 46 vətəndaşın problemini dinləyib “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov İmişli şəhərində vətəndaş qəbulu keçirib.
Energetika
11 Aprel , 2019 13:47
“Azərişıq” ASC-nin sədri 4 regiondan 46 vətəndaşın problemini dinləyib

“Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov İmişli şəhərində vətəndaş qəbulu keçirib. 

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, qəbul "Azərişığ"ın Avtomatik İdarəetmə Mərkəzi və Nəzarət İdarəsində təşkil olunub.

Qəbulda İmişli rayonu ilə yanaşı, Beyləqan, Saatlı, Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. “Azərişığ”ın müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda V.Əhmədov 46 vətəndaşın müraciətini dinləyib. Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən Vüqar Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün “Azərişığ”ın əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elerktrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək. 

Son xəbərlər

Orphus sistemi