Bakı. 8 noyabr. REPORT.AZ/ "Bu gün təntənəsini qeyd etdiyimiz 2 milyard ton neftin 180,5 mln. tonu “28 May” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) payına düşür".
“Report” xəbər verir ki, bunu Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə keçirilən mərasimdə “28 May” NQÇİ-nin 10 saylı özülünün rəisi Qədim Əliyev bildirib.
O qeyd edib ki, dünən “Neft Daşları”nda ilk neftin çıxarılmasının 68-ci ildönümü qeyd edilib: ”Bu gün də bayramdır. Bu bayrama “Günəşli” neftçiləri də öz əmək nailiyyətləri ilə gəliblər. Biz dünən “Günəşli” yatağındakı 7 saylı özüldə yüksək texnologiyalarla qazılmış 29 saylı quyunu istismara təhvil verdik”.
Qeyd edək ki, “28 May” NQÇİ “Dayazsulu Günəşli” və “Çilov” yatağında hasilatla məşğuldur. Hazırda “Azneft” İB-nin hasil etdiyi neftin 65%-i “28 May” NQÇİ-nin payına düşür.