2023-cü ildə BTC ilə neft və kondensat nəqlinin həcmi açıqlanıb

Energetika
  • 12 fevral, 2024
  • 12:11
2023-cü ildə BTC ilə neft və kondensat nəqlinin həcmi açıqlanıb

Ötən il Ceyhan terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə təqribən 30 milyon ton (təxminən 227 milyon barel) xam neft və kondensat ixrac olunub və Ceyhanda 313 tankerə yüklənib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2023-cü il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, ötən il ərzində BTC ilə nəqlin həcmi illik müqayisədə eyni qalıb.

Qeyd edək ki, BTC neft kəmərinin uzunluğu 1 768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1 076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,10 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti