“2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinə dair müzakirələr aparılıb

“2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinə dair müzakirələr aparılıb “Yaşıl enerji məkanı” üzrə alt İşçi Qrupunun videokonfrans formatında yeddinci iclası keçirilib.
Energetika
16 Dekabr , 2021 13:32
“2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinə dair müzakirələr aparılıb

“Yaşıl enerji məkanı” üzrə alt İşçi Qrupunun videokonfrans formatında 7-ci iclası keçirilib.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

Alt İşçi Qrupun rəhbəri, nazir Pərviz Şahbazovun sədrliyi ilə baş tutmuş iclasda "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" əsasında hazırlanmış “2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin “Yaşıl enerji məkanı”na dair hissəsi, o cümlədən alt məqsədlər, fəaliyyət istiqamətləri və hədəflər müzakirə olunub.

Alt İşçi Qrupda Energetika Nazirliyi ilə yanaşı İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təmsil olunur.

Son xəbərlər

Orphus sistemi